Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların ikinci günü başlayıb.
Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov bildirib.
“Əbu-Dabidə danışıqların ikinci günü başlayıb. Dünənki kimi, eyni formatda çalışırıq: üçtərəfli məsləhətləşmələr, qruplarla işləmək və mövqelərin daha da sinxronlaşdırılması”, - Umerov qeyd edib.
Qeyd edək ki, ötən gün Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna arasında danışıqlar başlayıb.
.
