Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) indiyə qədər 42 ölkədə 210 milyard avrodan çox investisiya, 7 500-dən artıq layihə həyata keçirib.

Bunu Bakıda keçirilən “StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu”nda çıxışı zamanı EBRD-nin Qafqaz regionu üzrə direktoru Alkis Drankinos deyib.

O bildirib ki, EBRD Azərbaycanda 3,6 milyard avrodan çox, 200-dən artıq layihəyə investisiya qoyub: “Bu investisiyalar infrastruktur, enerji, sənaye, bank sektoru və özəl müəssisələrin inkişafını əhatə edir. Burada, Azərbaycanda da bizim nümayəndəliyimiz var və 16 peşəkar mütəxəssisdən ibarət komanda bu nəticələrin əldə olunması üçün çalışır”.

.