Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır.

Bunu EBRD-nin xəzinədarın müavini və maliyyələşdirmə üzrə rəhbəri İzabella Laurent Azərbaycan Sabit Gəlir Forumunun "Beynəlxalq Maliyyə İnstitutlarının Yerli Maliyyə Bazarlarındakı Rolu" panelində bildirib.

Onun sözlərinə görə, bankın komandası hazırda təklif sirkulyarını (offering circular) yekunlaşdırır və Bakı Fond Birjası (BFB) ilə Milli Depozit Mərkəzi (MDM) arasında müqavilələrin bağlanması prosesi davam edir:

"Ümid edirik ki, bütün bu işlər yaxın zamanda başa çatacaq və üzən faizli istiqrazların (floating rate note) buraxılışına start veriləcək. Əməliyyatın bir və ya iki həftə ərzində baş tutacağı gözlənilir. Bu, Azərbaycan istiqraz bazarı üçün həm həyəcanlı, həm də həlledici bir məqam olacaq", - İ.Laurent qeyd edib.

O vurğulayıb ki, ilk buraxılış böyük həcmdə olmayacaq:

"Əməliyyatın mümkün qədər etibarlı olması üçün "ABB-İnvest", BFB, MDM və Mərkəzi Bank ilə möhkəm tərəfdaşlıqlar qurulub".

.