Çin malların istehsalını daxili tələbdən daha çox artırdığı üçün dünya ikinci dəfə Çin idxalının axını ilə üzləşəcək.

Bu barədə “The Wall Street Journal” iqtisadçıların proqnozlarına istinadən yazır.

1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində dünya Çin istehsalı olan ucuz malların idxalında bum yaşadı və bu, “Çin şoku” adlandırıldı. Bu, bir sıra liberal islahatlar və Çinin Ümumdünya Ticarət Təşkilatına daxil olması nəticəsində baş verdi. Nəticədə ABŞ bazarında istehlak qiymətləri aşağı düşdü, lakin eyni zamanda bir çox yerli sənayelər müflis oldu.

Çin indi iqtisadi artımı canlandırmaq üçün ixracı ikiqat artırır. Massaçusets Texnologiya İnstitutunun İqtisadiyyat professoru David Autor əmindir ki, Qərb ölkələrinin bu dəfə təşviş üçün hər cür əsası var, çünki hazırkı şəraitdə Çin yüksək texnologiyalı məhsullar bazarında rəqabət aparır.

.