Dünya Bankı (DB) Azərbaycanda büdcə profisitinin ümumdaxili məhsulda (ÜDM) payı ilə bağlı proqnozunu açıqlayıb.

Bankın “Avropa və Mərkəzi Asiya İqtisadi Yeniləmə” hesabatı xəbər verir ki, bu il büdcə profisitinin ÜDM-də payı 9,3% təşkil edəcək.

Dünya Bankının proqnozuna görə, bu göstərici üzrə dinamika 2023 və 2024-cü illərdə azalacaq.

Belə ki, DB büdcə profisitinin ÜDM-də payının gələn il 4,3%, 2024-cü il üzrə isə 2,3% artacağını proqnozlaşdırıb.

.