Braziliyada keçirilən "DÇ-2014"də növbəti oyunlar olub. A qrupunda Xorvatiya və Kamerun arasında oyun baş tutub.
Oyun 4:0 hesabı ilə Xorvatiyanın qələbəsi ilə başa çatıb.
Son dünya çempionu İspaniya millisi Braziliyada keçirilən "DÇ-2014"də uğursuz çıxışı ilə hamını təəccübləndirib. Modern.az-ın məlumatına görə, ötən gecə Visente del Boskenin komandası mundialda ikinci görüşünü də məğlub başa vurub.
Çiliyə 0:2 hesabı ilə uduzan ispanlar qrupdan çıxmaq şansını tamamilə itiriblər. İki oyundan sıfır xal toplayan İspaniya üçün Avstraliya ilə oyun formal xarakteri daşıyacaq. İspaniya yığması həmin görüşdə qələbə qazanacağı təqdirdə xalını 3-ə çatdıracaq ki, bu da qrupdan çıxmaq üçün yetərli olmayacaq. Bu oyun eyni zamanda keçirdiyi iki görüşdə məğlub olan Avstraliya yığması üçün də formal xarakter daşıyacaq.
Qeyd edək ki, İspaniya millisi bu mundialda iki oyunda 1 qol vurub və qapısında 7 top görüb. İlk görüşdə Hollandiyaya 1:5 hesabı ilə uduzan ispanlar Çilinin də müqavimətini qıra bilməyib - 0:2.
.