"Qalatasaray"ın ulduz futbolçusu Droqbanın "Yuventus"a transfer olacağı iddia edilir.
ANS PRESS-in xəbərinə görə, mövsüm sonu "Qalatasaray"la müqaviləsi başa çatan Didye Droqbanın gələn mövsüm "Yuventus" forması geyəcəyi söylənilir.
İngilis mətbuatında yer alan xəbərlərdə sarı-qırmızılı klubla müqaviləsi iyunda başa çatan kotdivuarlı futbolçunun keçmiş klubu "Çelsi"yə futbolçu və məşqçi olaraq geri qayıtmasının gözlənilmədiyi yazılıb.
İtalyanın güclü klublarından biri olan "Yuventus"un isə onunla maraqlandığı, komandalarına gətirmək istədikləri və 36 yaşlı futbolçu ilə danışıqlara başlamağa hazır olduqları bildirilir.
Qeyd edək ki, böyük fanat ordusu olan futbolçu ötən ilin fevral ayında "Qalatasaray"a gətirilmişdi.
.