Biz İrandan hələ cavab almamışıq.
Bunu ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərə bildirib.
“Bu gün İrandan cavab gözləyirik. Hələlik onu almamışıq. Ümid edirəm ki, bu, ciddi bir təklif olar. Həqiqətən də belə ümid edirəm”, – o deyib.
Rubio ABŞ-ın NATO-dakı bəzi müttəfiqlərinə güvənmədiyini də qeyd edib:
“ABŞ-ın NATO-da olmasının əsas səbəblərindən biri Avropada yerləşdirilmiş qüvvələrə malik olmaq və onları digər mümkün böhran istiqamətlərinə yönləndirmək imkanıdır. NATO-nun bəzi üzvlərinə gəldikdə, bu artıq belə deyil. Bu, araşdırılması lazım olan problemdir”.
.
