Rusiya "OPEC+"dan çıxmağı nəzərdən keçirmir.
Bu barədə jurnalistlərə açıqlamasında bu ölkənin Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, Rusiya BƏƏ-nin çıxmasından sonra "OPEC+" formatının qorunub saxlanılacağına ümid edir, çünki bu razılaşmalar bazarları sabitləşdirməyə imkan verir:
"Biz, əlbəttə ki, buna ümid edirik (BƏƏ-nin "OPEC+"dan çıxmasının saziş üçün son demək olmadığına - red.). Bu, enerji bazarlarının, yumşaq desək, təlatümlü olduğu indiki şəraitdə xüsusilə vacib olan mühüm iş istiqamətidir".
D.Peskov vurğulayıb ki, "OPEC+" formatı enerji bazarlarındakı dalğalanmaları əhəmiyyətli dərəcədə minimuma endirməyə və bu bazarları sabitləşdirməyə imkan verir.
.
