Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb.
Bu gün Biləcəri stansiyasından Ermənistana 22 vaqon (1298 ton) dizel yanacağı göndərilib.
Eyni zamanda, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 4 vaqondan ibarət, çəkisi 240 ton olan gübrə yola salınıb.
Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 6312 ton dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
Xatırladaq ki, bu günə kimi Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23,9 min ton taxıl, 1100 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.
.
