Azərbaycanda akkreditə olmuş diplomatik korpus nümayəndələri və hərbi attaşelər Kəlbəcər şəhərində olublar.

Nümayəndə heyəti ermənilərin Kəlbəcərdə törətdiyi dağıntılarla tanış olub. Onlara şəhərdə törədilən dağıntıların miqyası, aparılan quruculuq işləri barədə məlumat verilib.

Xarici diplomatlar Kəlbəcər şəhərindəki Bayraq meydanında da olublar.

Qeyd edək ki, Azərbaycanda akkreditə olmuş diplomatik korpus nümayəndələri və hərbi attaşelər bu gün Kəlbəcərə səfər ediblər. Səfərin məqsədi diplomatları Ermənistan silahlı qüvvələrinin işğal zamanı Kəlbəcər şəhərində törətdiyi vəhşiliklərlə, cinayət izləri ilə tanış etməkdir.

Kəlbəcər səfəri Azərbaycanda akkreditə olan diplomatik korpusun işğaldan azad edilmiş ərazilərə artıq sayca 9-cu səfəridir. Səfərdə 50-dən çox ölkə və 10-a qədər beynəlxalq təşkilatdan 80 nəfərdən çox diplomat və hərbi nümayəndələr iştirak edir.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə tanışlıq səfərlərinin təşkili davam etdirilir. Bu səfərlər Vətən müharibəsindən dərhal sonra Prezidentin müvafiq tapşırığı əsasında təşkil edilir, məqsəd Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərlə diplomatların yerində tanış olmasına şərait yaratmaq və bu barədə ölkələrinə məlumat verməsidir.

.