İspaniyanın "Atletiko" (Madrid) klubunun hücumçusu Dieqo Kosta zədələnib.
ANS PRESS-in məlumatına görə, futbolçu çempionluq yolundakı vacib "Hetafe" matçında sıradan çıxıb. Oyunun 84-cü dəqiqəsində ulduz futbolçu həm komandasının 2-ci qolunu qeyd edib, həm də sol dizindən zədələnib.
Kosta sağ cinahdan atılan topu arxa dirəkdə tamamlayaraq qolunu atarkən sol dizini dirəyə vurub və dizində cızıq meydana gəlib. Bu zədədən sonra ayağa qalxa bilməyən Kosta təcili yardımla xəstəxanaya aparılıb.
Oyundan sonra açıqlama verən "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simione isə Kostanın ayağında bir kəsik olduğunu amma çox böyük bir probleminin olmadığını deyib.
Qeyd edək ki, "Atletiko Madrid" aldığı qalibiyyətlə xalını 82-ə çıxararaq çempionluq yarışında çox böyük bir üstünlük qazanıb. 33-cü həftə sonunda lider "Atletiko Madrid"in ardından 79 xalla "Real Madrid" ikinci, 78 xalla "Barselona" isə üçüncü sırada qərarlaşıb.
.
