İngiltərənin "Mançester Yunayted” futbol klubunun rəsmi saytında baş məşqçi Devid Moyesin istefaya göndərildiyi haqda məlumat yayılıb. Yenizaman.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, saytdakı kiçik açıqlamada klubun artıq keçmiş məşqçiyə ağır əməyinə görə təşəkkür etdiyi də bildirilir. Onun yerinə kimim təyin olunacağı isə hələ ki açıqlanmır.
Qeyd edək ki, İngiltərə çempionatının sonuncu turunda "Mançester Yunayted” Devid Moyesin keçmiş klubu "Everton”a səfərdə 2:0 hesabı ilə məğlub olub.
.
