ABŞ hərbi əməliyyatları genişləndirmək və İran ərazisinin dərinliklərinə doğru irəliləməyə başlamaq niyyətindədir.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sədri general Den Keyn ABŞ-nin müharibə naziri Pit Heqsetlə birgə mətbuat konfransında bildirib.
"İndi biz İran ərazisinin daha dərinliklərinə zərbələr endirərək və ABŞ qüvvələri üçün əlavə manevr azadlığı yaradaraq əməliyyatı genişləndirməyə başlayacağıq", - general qeyd edib.
Onun sözlərinə görə, İranın pilotsuz uçuş aparatları ilə hücumlarının sayı döyüş əməliyyatlarının ilk günləri ilə müqayisədə 73 % azalıb: "Əldə olunan irəliləyiş CENTCOM-a İran sahilinin cənub cinahında havada üstünlük əldə etməyə, sarsıdıcı dəqiqlik və atəş gücü ilə onların müdafiəsini yarmağa imkan verib".
.
