2026-cı il dünya çempionatında III turun oyunları davam edir.

Növbəti oyun günündə J qrupunun iki görüşü keçirilib.

Əlcəzair millisi Avstriya ilə üz-üzə gəlib. Görüş 3:3 hesablı bərabərliklə başa çatıb. Bu nəticədən sonra Əlcəzair və Avstriya xallarının sayını 4-ə çatdırıb və hər iki komanda pley-off turuna vəsiqə qazanıb. Avstriya qrupu 2, Əlcəzair 3-cü pillədə bitirib.

Qrupun digər matçında isə İordaniya Argentina ilə qarşılaşıb. Son dünya çempionları matçdan 3:1 qalib ayrılıb. Argentina 9 xalla qrupu ilk pillədə bitirib. İordaniya 0 xalla qrup sonuncusu olub.

Portuqaliya, Kolumbiya və DR Konqo 1/16 finala yüksəlib

2026-cı il dünya çempionatında III turun oyunları davam edir.

İkinci oyun günündə K qrupunun iki görüşü baş tutub.

Konqo Demokratik Respublikası millisi Özbəkistanla qarşılaşıb. Görüş 3:1 hesabıyla konqoluların xeyrinə başa çatıb. Xallarının sayını 4-ə çatdıran Afrika təmsilçisi qrupu 3-cü pillədə bitirərək pley-offa vəsiqə qazanıb. Özbəkistan 0 xalla sonuncu pillədə qərarlaşıb.

Qrupun digər matçında isə Kolumbiya Portuqaliya ilə üz-üzə gəlib. Matç başladığı kimi qolsuz başa çatıb: 0:0.

Bu nəticədən sonra Kolumbiya 7 xalla qrupdan lider kimi çıxıb. Portuqaliya isə 5 xalla qrup ikincisi kimi adını 1/16 finala yazdırıb.

.