FİFA prezidenti Yozef Blatter DÇ-2026-ya ev sahibliyi edə biləcək ölkənin adını açıqlayıb.
Rekord.az xəbər verir ki, Blatter Mərakeşin dünya çempionatını qəbul etməyə qadir olduğunu bildirib: "Mərakeş 2010-cu ildə dünya çempionatına ev sahibliyi uğrunda gedən mübarizədə CAR-a uduzarkən bu ölkənin kralı məni əmin etdi ki, onlar bu yarışda təslim olmayacaqlar. Klublararası dünya çempionatı Mərakeş üçün yaxşı sınaq olacaq. Biz o zaman bu ölkənin böyük turnirləri qəbul etməyə hazır olub-olmadığını görəcəyik. Afrika qitəsi "Braziliya-2014", "Rusiya-2018" və "Qətər-2022"dən sonra öz növbəsini gözləyəcək. Düşünürəm ki, dünya çempionatını Mərakeşdə keçirmək daha uyğun olacaq".
.