Aleksis Sançes qol və məhsuldar ötürmə ilə yadda qaldı.
"B” qrupunun ikinci oyunu Avsrtaliya və Çili yığmaları arasında baş tutdu.
Yenizaman.az xəbər verir ki, oyun cənubi amerikalıların aşkar üstünlüyü ilə keçdi.
12-ci dəqiqədə Aleksis Sançes hesabı açdı. Avstraliyalılar buraxılmış qolun şokundan ayılmamış Sançesin məhsuldar ötürməsindən sonra Xorxe Valdiviya hesab arasındakı fərqi ikiyə çatdırdı.
35-ci dəqiqədə yaşıl qitənin təmsilçilərinin təşkil etdiyi nadir hücumların birində Tim Kehil baş zərbəsi ilə fərqi miniuma endirdi.
İlk hissə 2:1 hesabı ilə bitdi.
İkinci hissədə qarşılıqlı hücumlar şəraitində keçdi. Hər iki komandanın çoxsaylı qol imkanlarının olmasına baxmayaraq, bundan lazımınca istifadə edə bilmirdilər.
Yalnız hakimin əlavə etdiyi 2-ci dəqiqədə Jan Bosejur Çili komandasının 3-cü qolunu vurdu.
Çili 3:1 Avstraliya.
.
