"Real”ın müdafiəçisi Pepe La Liqanın 7-ci turunda "Eybar”la görüşdə 2 xal itirmələrinə münasibət bildirib.
Qol.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, portuqaliyalı müdafiəçi 1:1-lik heç-heçəni belə şərh edib:
"Meydana qələbə üçün çıxmışdıq. "Santyaqo Bernabeu”da xal itirməyimizi qəbul etmək çətindir. Sona qədər qələbə üçün çalışsaq da, istəyimizə çata bilmədik. Buna görə də çox məyusuq.
Azarkeşlərimizi narahat olmamağa çağırıram. Növbəti görüşlərdə vəziyyəti dəyişməyə çalışacağıq. Qarşıda hələ çox oyun var”.
Xatırladaq ki, 7 turdan sonra hesabında 15 xal olan "Real” turnir cədvəlində ikinci yeri tutur. "Kral klubu” yalnız topların fərqinə görə "Atletiko”dan geri qalır.
.
