Avropa Liqasının III təsnifat mәrhәlәsi çәrçivәsindә "Çixura" vә "Neftçi" arasında keçirilәn oyunda ara qarışıb.
Xəbərə görə, yerli azarkeşlәrlә polis arasında toqquşma baş verib.
Belә ki, UEFA-nın müvafiq qərarı ilə cəzalandırılan Gürcüstan klubu stadionun yarısını boş saxlanmalı olsa da gürcü azarkeşlәr buna әməl etmәyib. Nәticәdә polis olaya müdaxilә edәrәk onları hәmin sektorlardan uzaqlaşdırmağa çalışıb. Lakin azarkeşlәr buna etiraz edib vә polislә onların arasında toqquşma baş verib (apasport.az).
Oyuna gəlincə isə ötən həftə Bakıda "Çixura” ilə bərabərliyə qalan (0:0) "Neftçi” Tiflisdə rəqibini məğlub edib. Oyuna daha yaxşı başlayan təmsilçimiz 16-cı dəqiqədə Nforun uzaq məsafədən vurduğu gözəl qolla hesabı açıb. Kamerunlu hücumçu 11 dəqiqə sonra dublunu rəsmiləşdirib. Amma "Neftçi” ikinci qolun sevincini çox yaşamayıb. Cəmi 3 dəqiqə sonra Gabedava hesab arasındakı fərqi azaldıb – 1:2.
Bununla belə "ağ-qaralar” fasiləyədək üstünlüyünü yenidən iki topa çatdırıb. Matçın ən yaxşılarından olan Nfor 37-ci dəqiqədə het-trikini rəsmiləşdirib.
Məğlubiyyətdən qaçmağa çalışan gürcülərin gücü yalnız bir qola çatıb. Həmin qolu da ikinci hissənin əvvəllərində Gabedava vurub. Bununla da 3:2 hesablı qələbə qazanan "Neftçi" pley-off mərhələsinə yüksəlib.
Qeyd edək ki, "Neftçi” ilə yanaşı Avropa Liqasının pley-off mərhələsində daha bir komandamız – Çempionlar Liqası ilə vidalaşan "Qarabağ” da mübarizə aparacaq.
.
