Cəlilabadın bəzi kəndlərinə hələ də avtobuslar işləmir — (VİDEO)

7,924 oxunub
Bir vaxtlar yolların bərbad olması səbəbi ilə Cəlilabad rayonunun ucqar kəndlərində nəqliyyat problemi yaşanırdı. Həmin kəndlər üzrə marşrut xətləri demək olar ki, yox səviyyəsində idi. Son illər dağ kəndlərinə gedən yollar əsaslı təmir olunsa da yenə bu problem aradan qalxmadı. Bu kəndlərin sakinləri yenə gündəlik nəqliyyatdan istifadə edə bilmir. Yeganə çıxış yolları rayon mərkəzinə taksi ilə gedib-qayıtmaqdır.

Hazırda Cəlilabadın 60-dan çox kəndinə marşrut xətləri işləyir. 20 kənddə isə hələ də marşrut problemi qalmaqdadır. Bu kəndlər arasında Cəngan  və Təzəkənd kəndləri də var.

Hər iki yaşayış məntəqəsində yol infrastrukturu müasir standartlar səviyyəsində yenilənsə də yeni yola marşrut xətti buraxılmayıb. Hazırda sakinlər rayon mərkəzinə gedərkən əsasən taksi xidmətlərindən istifadə edirlər ki, bu da onlara baha başa gəlir. Yerli sakinlərin sözlərinə görə kənddə marşurut xətlərinin fəaliyyət göstərməməsi səbəbindən bəzən onlar yollarda saatlarla vaxt itirirlər.

Mövcud məsələdən Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Cəlilabad  Regional Şöbəsi də xəbərdardır. Hər iki kəndin sakinləri tərəfindən bu problemlə bağlı yerli regional şöbəyə müraciət olunub. Nazim Musayevin sözlərinə görə digər kəndlərdə də yol təsərrüfatı tədricən yeniləndikcə yeni marşrut xətlərinin fəaliyyəti təmin olunacaq.

.
XƏBƏRLƏR 28-07-2026
19:03 SEPAH: İran aktivləri hesabına vəsait əldə edən ölkə və şirkətlərin Hörmüz boğazından istifadəsinə icazə verilməyəcək
18:39 "The Times": ABŞ və İsrail İranın yeni Ali liderinin yerini müəyyənləşdirməyə çalışır
18:38 Ceyhun Bayramov Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
18:32 Sabirabad xəstəxanasının sabiq direktoru külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəmə başlayır
18:29 Paşinyanın həyat yoldaşı sosial şəbəkə üzərindən təhdidlər aldığını bildirib, prokurorluq araşdırmalara başlayıb
18:06 İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub
18:03 Oman Hörmüz boğazı ilə bağlı yeni planı İrana təqdim edib
17:26 Tramp: İran razılaşmasa, körpülərini və elektrik stansiyalarını məhv edəcəyik
17:19 Husilərin hücumundan sonra "Saudi Aramco" Cizan neft emalı zavodunu bağlayıb
17:11 Aİ Çin mənşəli natrium benzoata müvəqqəti antidempinq rüsumları tətbiq edəcək
17:01 Sertifikasiya üzrə apellyasiyada müxtəlif fənlərdə 5 səhv sual müəllimlərin xeyrinə hesablanıb
16:59 Fransada meşə yanğınlarını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
16:37 FHN-in əməkdaşları qol güləşi və atıcılıq yarışlarında uğur qazanıblar
16:29 İran hökumətinin sözçüsü: Prezident sərəncamı olmadan internetin bloklanması mümkünsüzdür
16:13 Yaponiyada zəlzələdən sonra ticarət mərkəzində partlayış baş verib, ölənlər var
Təqvim