Çin Xalq Respublikasının Sədri Si Cinpin Cənubi Koreya Prezidenti Li Çje Myonla görüşündə casusluqla bağlı zarafat edib.

Bu barədə Britaniyanın "The Guardian" qəzeti məlumat yayıb.

Cənubi Koreyanın Kyoncu şəhərində keçirilən APEC sammiti çərçivəsində Çin prezidenti cənubi koreyalı həmkarına Koreya istehsalı olan displeylərlə təchiz edilmiş iki Xiaomi smartfonu hədiyyə edib, bundan sonra Li zarafatla cihazların təhlükəsizliyini soruşub.

Kütləvi yumor nümayişləri ilə tanınmayan Si, Linin zarafatı Çin dilindən tərcümə ediləndən sonra gülümsəyib və yumor hissini nümayiş etdirib.

"Gizli cihazın olub-olmadığını yoxlamaq lazımdır" deyən Çin lideri, cihazda insanı izləməyə imkan verən proqram təminatının əvvəlcədən quraşdırıldığını bildirib.

.