Azərbaycanla Ermənistan arasında davam edən danışıqlar prosesi bizim üçün çox vacibdir.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “A-Haber”ə müsahibəsində bildirib.

O qeyd edib ki, Türkiyə tərəfləri hərtərəfli sülh sazişini imzalamağa təşviq edir:

“Önəmli logistika layihələrin həyata keçirilməsi baxımından da hərtərəfli dəstək göstəririk. Çünki Orta Dəhlizin önəmi artıb. Ermənistanla bilirsiniz ki, kargo uçuşları və üçüncü ölkələr üçün uçuşları başlatmışıq. Lakin quru sərhədlər zəlzələ səbəbi ilə açılmışdı. Bu quru sərhədlərin açılması üçün siyasi şərtlərlə bərabər, yol və körpülərin təmir edilməsi lazımdır”.

Nazir, Türkiyənin Ermənistanla danışıqları Azərbaycan tərəfi ilə koordinasiya etdiyini xatırladıb.

.