
Ermənistanla dialoqu davam etdirəcəyik.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına həm Rusiya, həm də Azərbaycan dəstək verir.
“Cənubi Qafqazda sülh və sabitlik üçün birlikdə çalışmağa davam etməliyik”, - Türkiyə XİN başçısı vurğulayıb.
Çavuşoğlu: “Belarusda keçirilən Rusiya-Ukrayna danışıqlarını dəstəkləyirik”
Türkiyə olaraq Ukraynada müharibənin təzyiqin düşməsi üçün üzərimizə düşənləri etdik və edirik.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Serqey Lavrovla görüşünün nəticəsinə dair birgə mətbuat konfransı zamanı deyib.
O təəssüflə qeyd edib ki, dağıntı, ölümlər və insan faciələri davam edir.
“Bu təhlükəli prosesləri dayandırmaq üçün çağırışlarımızı davam etdirirk. Hər birimizin məqsədi eynidir – müharibə dayandırılmalı, insanlar ölməməlidir. Ukraynada axan qanın durması lazımdır. Müharibədə qazanan olmaz, sülhdən isə uduzan olmaz”.
O əlavə edib ki, Türkiyə Belarusda keçirilən Rusiya-Ukrayna danışıqlarını dəstəkləyir, nəticə verəcəyinə ümid edir.
.