Bundestaq üzvü və Sara Vagenknext Birliyi partiyasının üzvü Sevim Dağdelen ABŞ prezidenti Donald Trampın bəzi AB ölkələrinə qarşı rüsumların artırılması barədə açıqlaması səbəbilə ABŞ qoşunlarının və silahlarının Almaniyadan çıxarılmasınının vaxtı gəldiyini deyib.
Dağdelen bu barədə öz “X” hesabında yazıb.
"ABŞ qoşunları nəhayət Almaniyadan çıxarılmalıdır. Büheldə saxlanılan ABŞ nüvə bombaları da onlarla birlikdə çıxarılmalıdır. Ən əsası isə, Almaniyanı daha da böyük hədəfə çevirəcək ABŞ-ın orta mənzilli raketlərinin planlaşdırılan yerləşdirilməsi dayandırılmalıdır!", - o bildirib.
.
