ABŞ Prezidenti Donald Trampın administrasiyasının vasitəçiliyi ilə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar sentyabrın sonunda bərpa oluna bilər.
"İnterfaks-Ukrayna" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov "The New York Times"a müsahibəsində bildirib.
"Danışıqlar gec-tez müəyyən nəticəyə gətirib çıxaracaq. Ömür boyu müharibə etmək olmaz", - K.Budanov qeyd edib.
Onun sözlərinə görə, danışıqlar prosesinin Rusiyada parlament seçkilərindən sonra bərpa olunacağı gözlənilir. Trampın xüsusi elçiləri - Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə səfəri danışıqların yeni raundunun başlanğıcı ola bilər.
Bununla belə, K.Budanovun fikrincə, atəşkəs üçün şərait, çox güman ki 2027-ci ilin yazına qədər yaradılmayacaq.
Qeyd edək ki, "Axios"un mənbələrə istinadən verdiyi məlumata görə, Uitkoff və Kuşner münaqişənin başa çatdırılmasına yönəlik məsələləri müzakirə etmək üçün sentyabrın 5-6-da Moskva və Kiyevə səfər edəcəklər.
.
