2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 756,0 milyon manat və ya 2,0 faiz çoxdur.
Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Dövlət büdcəsinin gəlirlərinin 43,4 faizi və ya 17085,0 milyon manatı neft-qaz sektorunun, 56,6 faizi və ya 22280,0 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşür.
Təsdiq olunmuş göstəricilərlə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərdə 650,0 milyon manat və ya 4,0 faiz, qeyri-neft-qaz sektoru üzrə gəlirlərdə isə 106,0 milyon manat və ya 0,5 faiz artıq icra gözlənilir.
Dövlət büdcəsinin gözlənilən gəlirlərinin 17760,0 milyon manatı və ya 45,1 faizi vergilər və rüsumlar üzrə daxilolmaların, 6762,0 milyon manatı və ya 17,2 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 12835,0 milyon manatı və ya 32,6 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 1021,0 milyon manatı və ya 2,6 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirlərinin, 987,0 milyon manatı və ya 2,5 faizi sair gəlirlərin payına düşür.
Bundan əlavə, vergi və rüsumlar üzrə daxilolmaların məbləği 17760,0 milyon manat gözlənilir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 850,0 milyon manat və ya 5,0 faiz çoxdur. Qeyd olunan vəsaitin 4250,0 milyon manatı və ya 23,9 faizi neft-qaz sektorunun, 13510,0 milyon manatı və ya 76,1 faizi isə qeyri-neft-qaz sektorunun payına düşəcək.
Neft-qaz sektoru üzrə gözlənilən vergi daxilolmalarının 41,2 faizini və ya 1750,0 milyon manatını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ödənilən vergilər, 11,8 faizini və ya 500,0 milyon manatını Azəri-Çıraq-Günəşli layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, 47,1 faizini və ya 2000,0 milyon manatını isə Şahdəniz layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edir.
2026-cı il dövlət büdcəsinin gözlənilən daxilolmalarının hesablanması zamanı Azərbaycan qazının bütün istiqamətlər üzrə 1 000 kub metrinin orta satış qiyməti 35 ABŞ dolları artırılaraq 296,0 ABŞ dolları müəyyən edilib. Qiymət artımı ilə əlaqədar Şahdəniz layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi daxilolmalarının 400,0 milyon manat və ya 25,0 faiz artacağı gözlənilir.
2026-cı ilin dövlət büdcəsində vergi orqanlarının xətti ilə qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 13510,0 milyon manat gözlənilir ki, bu da cari il üçün təsdiq olunmuş göstəricisi ilə müqayisədə 200,0 milyon manat və ya 1,5 faiz çoxdur.
Ilin sonuna Azərbaycanın dövlət borcunun 27,6 mlrd. manat olacağı proqnozlaşdırılır
2027-ci ilin 1 yanvar tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcunun 4833,0 milyon ABŞ dolları, daxili dövlət borcunun isə 19387,1 milyon manat olmaqla ümumi dövlət borcunun 27604,1 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.
Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyada nəzərdə tutulan ümumi dövlət borcuna xidmət xərcləri üzrə yuxarı hədd (dövlət büdcəsi xərclərinin 10 faizindən artıq olmaması) 2026-cı ilin birinci yarımili ərzində gözlənilib. Belə ki, dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti 5,6 faiz təşkil edib.
2027-ci ilin 1 yanvar tarixinə xarici dövlət borcunun 59,5 faizinin 5 ilədək, 34,9 faizinin 5-10 il ərzində, 5,6 faizinin isə 10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir. Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin təqribən müvafiq istinad dərəcəsi üstəgəl 0,5-1,5 faiz dərəcəsi (marja) ilə cəlb olunması nəzərdə tutulur.
Həmin tarixinə daxili dövlət borcunun 55,3 faizini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazlarının təşkil etməsi proqnozlaşdırılır. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 51,0 faizi 5 ilədək, 49,0 faizi isə 5 il və daha artıq istiqrazların payına düşməsi gözlənilir.
.
