Bu ilin birinci yarısında Azərbaycanın müdafiə və milli təhlükəsizlik üzrə xərcləri 2 milyard 533, 4 milyon manat olub.
Bu, Maliyyə Nazirliyinin 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında əksini tapıb.
Hesabata əsasən, cari ilin I yarımillyində funksional təsnifata görə dövlət büdcəsi xərclərinin strukturunda müdafiə və milli təhlükəsizlik üzrə xərclər 21,9 faiz təşkil edib. 2021-ci ilin yanvar-iyun aylarında funksional təsnifata görə dövlət büdcəsinin xərclərində ötən ilin müvafiq dövrü ilə müqayisədə artım faizinə görə ən çox artım 73,9 faiz və ya 1076,3 milyon manat müdafiə və milli təhlükəsizlik xərcləri olub.
.
