Bu ilin yanvar-may aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2 milyard 754,7 milyon manat olub.

Bu barədə Yenizaman Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.

Bildirilir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,5 % çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 324,7 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 84,4 %-ini təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 13,8 % artaraq 4 milyard 420,6 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 313,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75 %-ini təşkil edib.

.