
Bu ilin 24-26 may tarixlərində Ağdam və Bakı şəhərlərində “Mina təhlükəsi ilə Mübarizə-Dayanıqlı İnkişafa gedən yol” mövzusunda 2-ci beynəlxalq konfrans keçiriləcək.
Bunu Azərbaycanda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilat nümayəndələri üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən keçirilən brifinqdə çıxış edən ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O qeyd edib ki, humanitar minatəmizləmə və dayanıqlı inkişaf məqsədləri ilə bağlı Azərbaycan ötən il 30 mart - 1 aprel tarixlərində “Humanitar Minatəmizləmə və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda beynəlxalq konfransa ev sahibliyi edib. Vüqar Süleymanov beynəlxalq konfransın davamı olaraq ölkəmizin humanitar minatəmizləmə sahəsində aparıcı rollardan birini tutması istiqamətində atılan mühüm addımlardan biri olduğunu əlavə edib.
.