Bu il Ağdam rayonu ərazisində Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən 3 milyon 600 min kvadrat metrdən çox ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Bu barədə ANAMA-nın region üzrə əməliyyat meneceri Ehtiram Cəfərov bildirib.

Onun sözlərinə görə, əməliyyatlar nəticəsində 143 ədəd tank əleyhinə və 189 ədəd piyada əleyhinə mina tapılaraq zərərsizləşdirilib: “Bundan başqa, Ağdam rayonu ərazisində 1251 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Əməliyyatlar davam edir”.

.