Azərbaycan və Böyük Britaniya arasında ticarət əlaqələri daha da inkişaf edir.
Bunu Azərbaycana səfər edən Böyük Britaniyanın investisiya naziri Lord Ceyson Stokvud deyib.
“Ötən il əməkdaşlığımızı strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdik. Ticarət və investisiya bu tərəfdaşlığın mərkəzində dayanır. Mən səfərim çərçivəsində Azərbaycanda bir sıra maliyyə qurumlarının rəhbərləri və investorlarla görüşdüm. Biz Azərbaycan və Britaniya biznesləri üçün yeni imkanlar açmağa çalışırıq. Bu ilin sonunda keçiriləcək Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyasının iclası bu müzakirələri konkret nailiyyətlərə çevirmək üçün bir fürsətdir”, - nazir vurğulayıb.
.
