
Birləşmiş Krallıq hökuməti Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində bu faciəyə münasibət bildirib.
Parlamentin İcmalar Palatasının üzvü, Azərbaycan Qrupunun sədri Bob Blekmen tərəfindən hökumətə ünvanlanmış yazılı sualda hökumətin faciəyə münasibəti sorğu edilib.
Hökumətin mövqeyi Xarici İşlər nazirinin müavini, Avropa məsələləri üzrə dövlət naziri Kris Hiton-Harris tərəfindən təqdim edilib. Blekmenin sualına cavabında dövlət naziri Xocalı qətliamını Azərbaycan tarixinin faciəvi səhifələrindən biri kimi səciyyələndirib. O, Xocalı soyqırımının baş verdiyi dövrdə iqtidarda olmuş Birləşmiş Krallıq hökumətinin baş verənləri sərt şəkildə qınadığını xatırladıb. Dövlət naziri, həmçinin belə faciələrin gələcəkdə baş verməməli olduğunu vurğulayıb.
Britaniya səfiri: “Ermənistanla sülh sazişinin imzalanması uzunmüddətli sülhə xidmət edərdi"
“Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bir müddət əvvəl Vyanada bəyan edib ki, hökumət üçün sülh və təhlükəsizlik, bu məsələlərdə qadınların rolu prioritet olacaq. Azərbaycan hökumətinin arzusu odur ki, azad olunmuş əraziləri bərpa etsin, 100 minlərlə insan yurd-yuvalarına qayıtsın”.
Bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və BMT-nin Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən “Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda konfransda Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp bildirib.
Səfir deyib ki, yenidənqurma, qayıdış və islahatlar uzunmüddətli gündəlikdir: “Ermənistanla normal münasibətlərin qurulması, sülh sazişinin imzalanması uzunmüddətli sülhə xidmət edərdi. Azərbaycan hökuməti bununla bağlı niyyətini ifadə edir. Hökumət çalışır ki, vətəndaşlar qısa müddətdə o torpaqlara qayıtsın. Yenidənqurma vaxtında və düzgün istiqamətdə aparılır. Gender məsələsi də yaddan çıxmamalıdır. Əlbəttə, qadınların da üzərinə müəyyən vəzifələr düşür. Yenidənqurma aparılırsa, qadınların tələbatlarının necə qarşılandığı müəyyən edilməlidir. Biz bu istiqamətdə Azərbaycana töhfələr veririk. Qadınlar təhlükəsiz formada bu prosesdə iştirak etməlidirlər”.
.