Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

Nəqliyyat vasitələri Xankəndindən Laçın istiqamətində maneəsiz şəkildə hərəkət ediblər.

Belə ki, ümumilikdə üç avtomobil ərazidən keçid edib.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Onu da qeyd edək ki, BQXK-ya məxsus maşın və təcili yardım avtomobili aksiya müddətində daha əvvəl də maneəsiz şəkildə hərəkət edib.

Hazırda aksiya davam edir.

.