Almaniya Bundesliqasının 11-ci turunda səfərdə "Verder"i 3:1 hesabı ilə məğlub edən "Borussiya”nın (Dortmund) baş məşqçisi Tomas Tuhel oyundan sonra açıqlama verib. Apasport.az saytının məlumatına görə, Tuhel "Qəbələ”yə qarşı keçirəcəkləri Avroliqa oyunu haqqında da danışıb:
"İlk hissədə oyunumuz istənilən kimi alınmadı. Fasilədən sonra sərgilədiyimiz oyundan isə razı qaldım. Biz artıq bu oyunu unutmalıyıq, "Qəbələ” ilə görüş haqda düşünməliyik. Həmin qarşılaşmada da azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
Qeyd edək ki, "Borussiya" - "Qəbələ" oyunu noyabrın 5-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
.