BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) İcraçı direktoru Maimuna Mohd Şərifin Ağdam şəhərinə səfəri başlayıb.

O, Ağdam şəhərində Azərbaycan hökumətinin şəhərsalma üzrə aparıldığı yenidənqurma işləri ilə tanış olacaq.

UN-HABITAT icraçı direktorunu Ağdamda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

Qeyd edək ki, Maimuna Mohd Şərif ölkədə inklüziv, təhlükəsiz, davamlı və dayanıqlı şəhər inkişafını təşviq etmək, habelə təmsil etdiyi BMT agentliyi ilə əlaqələri möhkəmləndirmək üçün Azərbaycana səfər edib.

Onun səfəri ənənəvi idman növlərinin dirçəldilməsinə həsr olunmuş 5-ci Etnosport Forumuna təsadüf edir.

.