Fransa xarici işlər naziri Katerine Kolonna və ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib.

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Braziliyada səfərdə olan Fransa xarici işlər naziri fevralın 9-da amerikalı həmkarı ilə telefon əlaqəsi saxlayıb.

Diplomatlar Laçın yolundakı vəziyyəti də müzakirə ediblər.

Telefon danışığı zamanı Ukraynaya dəstək və İranın nüvə proqramına dair fikir mübadiləsi aparılıb.

.