Cefri Epşteynlə bağlı sənədlərdə “Microsoft”un qurucusu Bill Qeytsə dair yer alan iddialar absurd və yalandır.

Bu sözləri Bill Qeytsin nümayəndəsi “The Telegraph” qəzetinə verdiyi müsahibədə bildirib.

“Bu iddialar tamamilə absurd və tamamilə yalandır. Bu sənədlər ancaq Epşteynin Qeytslə davamlı əlaqəsi olmadığına görə onu tələyə salmağa və şərləməyə hazır olduğunu göstərir”, — o vurğulayıb.

Qeyd edək ki, Bill Qeyts ilk dəfə bu məsələ gündəmə gələrkən müsahibələrinin birində Cefri Epşteynlə “keçirdiyi hər dəqiqəyə görə təəssüfləndiyini” bildirib və üzr istəyib.

“Mən yalnız şam yeməklərində iştirak etmişəm. Heç vaxt onun adasına getməmişəm, heç bir qadını ilə görüşməmişəm”, - o qeyd edib.

Bill Qeyts Epşteynlə ancaq onun zəngin insanlarla əlaqələrinə və qlobal səhiyyə proqramları üçün ianə toplamaqda kömək edəcəyi vədinə görə ünsiyyət qurduğunu açıqlayıb.

.