
Suriyada ötən ilin dekabrında devrilmiş prezident Bəşər Əsədin əmisi oğlu Namir Badi əl-Əsəd həbs edilib.
Bu barədə "Report" "Əl-Ərəbiyyə" telekanalına istinadən məlumat verir.
"Suriya təhlükəsizlik qüvvələri Bəşər Əsədin əmisi oğlu Namir Badi əl-Əsədi həbs ediblər", - agentliyin mənbəyi qeyd edir.
Əlavə məlumat hələ daxil olmayıb.
Daha əvvəl bildirilmişdi ki, Suriya lideri Əhməd Əş-Şaraa Moskvaya səfəri zamanı suriyalılara qarşı cinayətlərinə görə mühakimə olunması üçün Əsədin təhvil verilməsini rəsmi olaraq tələb etməyi planlaşdırıb.
.