
2025-ci ilin yanvar-may ayları ərzində dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta ixrac qiyməti məlum olub.
"APA-Economics"in apardığı hesablamalara görə, bu ilin ilk 5 ayı ərzində Azərbaycan neftinin orta qiyməti 73.7 ABŞ dollarına bərabər olub.
2025-ci ilin ilk 5 ayı ərzində ən yüksək göstərici, 84.78 ABŞ dolları təşkil edib, ən minimal göstərici isə 63.25 ABŞ dolları səviyyəsində olub.
Aşağıdaki diaqramda cari ilin yanvar-may ayları üzrə "Azeri Light" (CIF) markalı neftin orta qiymətləri yer alıb.
.