İran hələ də ABŞ-nin Yaxın Şərqdəki münaqişəyə son qoyulması təklifinə cavab üzərində düşünür.

Bunu Yaxın Şərq mediası İranın XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqaiyə istinadən bildirib.

"Danışıqlara gəlincə, bu məsələ baxılma mərhələsindədir. Yekun qərar qəbul etdikdə, mütləq bunu elan edəcəyik", - Bəqai qeyd edib.

O, həmçinin bildirib ki, ABŞ-nin İran gəmisinə zərbə endirməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

"Ötən gecə törədilən hərəkətlər beynəlxalq hüququn, eləcə də atəşkəs rejiminin kobud şəkildə pozulmasıdır. Hazırda biz rəsmi atəşkəs rejimindəyik. Silahlı qüvvələrimiz tam hazırdır və vəziyyəti diqqətlə izləyir", - o vurğulayıb.

.