Belçika Şimal dənizində Rusiyanın kölgə donanmasına məxsus "Ethera" neft tankerini saxlayıb.
Bu barədə Belçikanın müdafiə naziri Teo Franken "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, gəmi krallığın şimal-qərbindəki Belçikanın Zebrügge limanına yönləndirilib və orada həbs olunacaq.
Daha sonra Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində ölkənin Hərbi-Dəniz Qüvvələrinin Belçikanın sanksiyalar altında olan neft tankerinin saxlanmasında iştirak etdiyini bildirib.
.
