Bədii gimnastika üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək.

 Avropa Gimnastikasının mətbuat xidmətinin məlumatına görə, turnir Moskvadan alınaraq Bakıya verilib.

Avropa çempionatı 2023-cü il 17-21 may tarixlərində Bakıda baş tutacaq.

Qeyd edək ki, Ukraynada baş verən hadisələrlə əlaqədar Beynəlxalq Gimnastika Federasiyası (FIG) Rusiya və Belarusun qurumun himayəsi altında keçirilən yarışlarda iştirakına qadağa qoyub.

.