Süni intellektin hazırladığı səhv kəşfiyyat hesabatı ABŞ ordusunun Çin gəmisinə qarşı əməliyyat hazırlamasına səbəb olub.
APA CNN-ə istinadən xəbər verir ki, İranla müharibə zamanı ABŞ hərbçilərinə Yaxın Şərqdə hərəkət edən Çin gəmisinin nüvə silahı proqramı üçün komponentlər daşıdığı barədə hesabat təqdim edilib.
Məlumat ABŞ ordusunda ciddi narahatlıq yaradıb və gəminin ələ keçirilməsi ilə bağlı hazırlıqlara başlanılıb.
Bildirilib ki, əməliyyat başlamazdan əvvəl aparılan əlavə yoxlama zamanı hesabatın ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının analitiki tərəfindən süni intellekt çat-botunun köməyi ilə hazırlandığı üzə çıxıb. AI sistemi gəminin yükünü yanlış şərh edərək səhv nəticəyə gəlib və bu məlumat əsasında hazırlanmış hesabat hərbçilər arasında yayılıb.
Mənbələrin sözlərinə görə, hesabat tamamilə yanlış olub. ABŞ hərbçilərinin Çin gəmisinə qarşı hər hansı əməliyyatı iki ölkə arasında ciddi hərbi gərginliyə səbəb ola bilərdi.
Hadisə hərbi və kəşfiyyat sahəsində süni intellektdən istifadənin yaratdığı risklərlə bağlı müzakirələri yenidən gündəmə gətirib.
.
