Danimarka ABŞ Prezidenti Donald Trampın Vaşinqtona Qrenlandiyanın təhlükəsizliyi üzərində daimi nəzarət imkanı verən və Rusiya ilə Çinin Arktika ərazisində hərbi baza yaratmasının qarşısını almağı nəzərdə tutan razılaşma elanını müsbət qarşılayıb.

"The Times of İsrail" verdiyi xəbərə görə, Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen bildirib ki, razılaşmanın imzalanması ilə bağlı gələn həftə uğurlu ola bilər.

Onun sözlərinə görə, sənədin Danimarka və Qrenlandiya nümayəndələrinin iştirakı ilə BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda imzalanacağı gözlənilir.

“Uzun müddət davam edən qeyri-müəyyənlik ümid edirik ki, Arktika və Şimali Atlantik regionunda təhlükəsizliyi gücləndirən hüquqi qüvvəyə malik razılaşma ilə əvəz olunacaq”, – deyə nazir sosial şəbəkə hesabında yazıb.

Rasmussen qeyd edib ki, razılaşma Danimarkanın “qırmızı xətlərinə” hörmət edir və dəyişən təhlükəsizlik vəziyyəti fonunda mühüm əhəmiyyət daşıyır.

Razılaşmanın konkret şərtləri açıqlanmayıb. Danimarka isə ölkənin Qrenlandiya üzərində suverenliyinin qüvvədə qaldığını vurğulayır.

Qeyd edək ki, Donald Tramp 2025-ci ilin yanvarında Ağ Evə qayıtdıqdan sonra ABŞ-ın strateji səbəblərə görə Qrenlandiyaya nəzarət etməli olduğunu dəfələrlə bildirib. Bu mövqe NATO müttəfiqi Danimarkada narahatlıq yaradıb və alyans daxilində də geniş müzakirələrə səbəb olub.

.