"Bayern Munchen” klubu Ukraynaya humanitar yardım edəcək. Bu haqda klubun prezidenti Rumeninqe bildirib."Biz xarici işlər nazirliyi ilə əlaqə yaratdıq və belə bir qərara gəldik ki, Ukraynaya humanitar yardım edəcəyik.” – deyə klub prezidenti Çempionlar liqası görüşü öncəsi bildirib.
Bundan əlavə prezident bildirib ki, onlar Lvov şəhərində çox qalmayacaq. Görüşdən bir neçə saat sonra Almaniyaya qayıdacaqlar. Klubun Ukraynaya ümumi səfəri 39 saat olacaq..
