ABŞ prezidenti postu uğrunda Donald Trampla apardığı mübarizə zamanı koronavirusa yoluxan Co Baydenin xəstəliyi onun üçün Tanrının “şilləsi” olub.

Bunu onun müşaviri deyib.

Jurnalist Conatan Karlın “Qisas: Donald Tramp və Amerikanı dəyişən kampaniya” adlı kitab yazıb, həmin kitabda müşavirin sözləri barədə yazıb.

2024-cü ilin iyulunda o vaxtkı fəaliyyətdə olan ABŞ prezidenti seçki kampaniyasının qızğın vaxtında namizədliyini geri çəkdiyini açıqlamışdı. Bundan qısa müddət əvvəl bəzi funksiyalarında pozulmalar müşahidə olunan Baydenin koronavirusa yoluxduğu məlum olmuşdu.

“Tanrı bizə müəyyən siqnallar göndərirdi” – deyə Karl müşavirin sözlərini sitat gətirir: “Sonra onu üzünə şillə vurdu və kovidlə yoluxdurdu”.

Karl qeyd edib ki, Bayden namizədliyini geri çəkmə qərarını televiziya müraciəti ilə elan etməyib, çünki o zaman çox xəstə idi. “Buna görə də onun komandası əvvəlcə yazılı bəyanat yaymağa, bir neçə gün sonra isə xalqa müraciət etməyə qərar verdi”, – deyə o əlavə edib.

Qeyd edək ki, Baydenin prezidentlik yarışındakı varisi Kamala Harris olub. O, prezident seçkilərində Trampa uduzub.

.