
Şimali Kipr Türk Cümhuriyyəti Türkiyəyə birləşməlidir.
Bu barədə MHP sədri Dövlət Baxçalı bildirib.
O, Şimali Kipr Türk Cümhuriyyətinin parlamentini təcili olaraq Türkiyə Cümhuriyyətinin tərkibinə qatılması ilə bağlı səsverməyə çağırıb.
“Şimali Kipr Türk Cümhuriyyətində seçkilərin nəticələri çox aşağı seçici fəallığı ilə əldə edilib. Seçkilərin nəticələri artıq elan edilmiş olsa belə, parlament dərhal toplanmalı, seçkilərin nəticələrini, federal dövlətə qayıtmağı qəbuledilməz elan etməli və Türkiyəyə birləşməyə qərar verməlidir. Bu məsələnin demokratik hüquqlarla heç bir əlaqəsi yoxdur”, - MHP lideri vurğulayıb.
Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkilərində Tufan Erhürman qalib gəlib. O, Kipr məsələsində iki icmalı federasiya modelini dəstəkləyi
.