NATO-nun Baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampla Qrenlandiya məsələsi üzrə Kopenhagen adından danışıqlar aparmamalı idi.

Bu barədə Danimarka Baş naziri Mette Frederiksen “New York Times“a müsahibəsində bildirib.

“Ada üzərində suverenliyin verilməsi ideyası Danimarka və onun Avropa müttəfiqləri üçün “qırmızı xətt”dir və bu sərhədin keçilməsi mümkün deyil” , - Baş nazir Davosda Rutte və Tramp arasında Qrenlandiya üzrə əldə olunan razılaşmanı şərh edərkən vurğulayıb.

Frederiksen ABŞ ilə Danimarka arasında Vaşinqtonun adada hərbi baza yaratmasına icazə verən 1951-ci ildə imzalanmış razılaşmanı yüksək qiymətləndirib. Baş nazir qeyd edib ki, bu razılaşma gələcək danışıqlar çərçivəsində nəzərdən keçirilə bilər.

"Bizim hazırda siyasi-diplomatik həll yolunu tapmağa imkan verən ənənəvi bir yolumuz və NATO tərəfindən Arktik regionda daimi mövcudluq üçün daha aydın dəstək var", – Baş nazir bildirib.

.