Avropa İttifaqının (Aİ) müşahidəçiləri Azərbaycanla sülh sazişi imzalanana qədər Ermənistanda qalacaqlar.

Ermənistan KİV-in məlumatına görə, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.

O əlavə edib ki, sülh sazişi imzalandıqdan və ratifikasiya olunduqdan sonra formatda dəyişikliklər baş verəcək və bu məsələ ilə bağlı Ermənistan avropalı həmkarları ilə daha ətraflı müzakirələr aparacaq.

.