Orta Asiyadan neft və qazın Avropaya çatdırılmasının ən qısa yolu Zəngəzur dəhlizi ilə olacaq.

Bu barədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev QDİƏT-in URTA Baş Assambleyasının 42-ci iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Şərq və Qərb, eləcə də Şimal və Cənub arasında olan nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir və bu, ölkəni önəmli bir dövlətə çevirir.

"Zəngəzur dəhlizini də bura əlavə etsək, Azərbaycan Şərqlə Qərb arasında çox önəmli bir dövlətə çevriləcək. Zəngəzur dəhlizi müxtəlif növ daşımaları özündə birləşdirə bilər" - Asəf Hacıyev əlavə edib.

.